RU

13 yaşlı uşaq təyyarənin eniş təkərlərində gizlənərək Hindistana uçdu

Əfqanıstanın Kunduz şəhərindən olan 13 yaşlı uşaq Kabildən Dehliyə hərəkət edən sərnişin təyyarəsinin eniş təkərlərinin yerləşdiyi hissədə - şassidə gizlənərək Hindistana qədər uçub.

News24.az xəbər verir ki, uçuş “Kam Air” aviaşirkətinə məxsus RQ-4401 reysi ilə həyata keçirilib.

Təyyarə Hindistana endikdən sonra uşaq uçuş enmə zolağındaaşkarlanıb. Təhlükəsizlik əməkdaşları əvvəlcə onu tibbi müayinəyə, daha sonra isə sorğuya aparıblar. Sorğu zamanı uşaq bu təhlükəli səfəri sadəcə maraq xatirinə etdiyini bildirib.

Yerli mediaya görə, o, əslində İrana getmək istəyib, lakin təyyarənin Hindistana istiqamətləndirildiyindən xəbərsiz olub. Mütəxəssislər belə halların əksər vaxt ölümcül nəticələndiyini vurğulayıblar. Uşağın yüksək hündürlükdə donmaması və nəfəs çatışmazlığından xilas olması möcüzə sayılır.

Sonda uşaq ailəsinə təhvil verilib.

Xeyrənsə Piriyeva

Избранный
141
news24.az

1Источники