RU

Prezident İlham Əliyev Nyu-Yorkda keçirilən “6-cı Xəzər Biznes Forumu”nun iştirakçılarına müraciət edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda “Orta Dəhlizboyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər BiznesForumunun iştirakçılarına müraciət edib.

Trend xəbər verir ki,müraciətdə bildirilir:

“Sizi Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən“Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsrolunmuş 6-cı Xəzər Biznes Forumunda ürəkdən salamlayıram.

Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayanetibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əksistiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur.

Azərbaycanın əlverişli coğrafi mövqeyi – iki qitənin tamortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağaimkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanınuzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropaarasında daha yaxşı sinerjini təmin edən Orta Dəhliz kimiirimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta Dəhlizintam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı iləyanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlikamili ilə də şərtlənmişdir.

Biz Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna,xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu vədigər logistik infrastruktura böyük investisiyalar yatırmışıq.Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı,Xəzər yük donanması – bütün bunlar Orta Dəhlizin funksionallığınıtəmin edən vacib nəqliyyat infrastrukturdur. Orta DəhlizinAzərbaycan seqmentində infrastrukturun təkmilləşdirilməsi,rəqəmsallaşdırılması, modernləşdirilməsi və ötürücülükqabiliyyətinin genişləndirilməsi prosesi hazırda da davametməkdədir.

Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsiləyükdaşımalarının həcmi təxminən 90 faiz artmış, yüklərin keçidmüddəti əhəmiyyətli dərəcədə azalmışdır. Aparılmış hesablamalaraəsasən 2030-cu ilədək Orta Dəhlizin yük daşıma qabiliyyətinin2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçidmüddətinin isə 2 dəfə azalacağı gözlənilir.

Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənabDonald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasındaimzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsiilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təminedəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP)əsasını qoydu. İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinəçevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalqyükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, regionölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinəinteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır.TRIPP, eyni zamanda gələcəkdə enerji resurslarının daşınması,elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, ocümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlartəqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiyahabına çevrilməsinə təkan verə bilər. Azərbaycan bu marşrutun yaxınzamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib.

Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclükatalizatoru qismində görür, onu infrastrukturun, sənayenin vəbiznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə vəçiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik.

İnanıram ki, bugünkü tədbir regional və qlobal inteqrasiyanındərinləşdirilməsinə xidmət edən Orta Dəhliz və onun yaratdığı yeniimkanlar ətrafında faydalı fikir mübadiləsinin aparılmasına və yenitəşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlardiləyirəm”.

Избранный
5
10
az.trend.az

10Источники