"Barselona"nın yarımmüdafiəçisi Qavi uzun müddətə sıradan çıxıb.
QOL.az xəbər verir ki, 21 yaşlı futbolçu menisk zədəsinə görə artroskopiya əməliyyatı keçirib. Bərpa müddətinin təxminən 4-5 ay davam edəcəyi gözlənilir.
Daha əvvəl futbolçu eyni dizindən çarpaz bağların qopması səbəbindən təxminən bir il meydana çıxa bilməmişdi.