RU

“Amazon” Böyük Britaniyada bütün ərzaq mağazalarını bağlayır

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

London, 24 sentyabr, AZƏRTAC

Amerikanın nəhəng texnologiya şirkəti “Amazon” Böyük Britaniyada fəaliyyət göstərən bütün 19 “Amazon Fresh” ərzaq mağazasını bağlamaq qərarına gəlib.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu addım nəticəsində təxminən 250 iş yeri risk altında qala bilər.

“Amazon”un rəhbərliyi bu qərarın Böyük Britaniyadakı ərzaq əməliyyatlarının daha genişmiqyaslı yenilənməsinin bir hissəsi olduğunu qeyd edib. Şirkət bundan sonra əsas diqqəti onlayn satışlara yönəltməyi planlaşdırır. Bununla yanaşı, Amazon nümayəndələri şirkətin Böyük Britaniya bazarına hələ də dərin şəkildə investisiya etdiyini vurğulayıb.

Qeyd edək ki, “Amazon Fresh” mağazaları kassasız, müştərinin sadəcə daxil olub alış-verişini edərək çıxmasına imkan verən sistemi ilə tanınırdı.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
1
azertag.az

2Источники