RU

ABŞ Prezidenti BMT də Britaniya və Avropanı kəskin tənqid edib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

London, 24 sentyabr, AZƏRTAC

Birləşmiş Ştatların Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Böyük Britaniya və Avropanı kəskin tənqid edib.

AZƏRTAC xəbər verir ki, o, immiqrasiya səbəbindən Britaniya və Avropanın “cəhənnəmə getdiyini” söyləyib. Trampın sözlərinə görə, Qərb ölkələri qanunsuz miqrantlar tərəfindən zəbt olunur və “immiqrasiya və intihar xarakterli enerji siyasətləri Qərbi Avropanın sonu olacaq”.

Tramp bir neçə gün əvvəl Vindzor qəsrində Kral və Kraliça ilə naharda iştirak etməsinə baxmayaraq, çıxışında Londonun guya “İslam şəriət qanunlarını” qəbul etdiyini iddia edib və şəhər meri Sadiq Xan haqqında “dəhşətli, dəhşətli mer” ifadəsini işlədib: “Avropa ciddi təhlükə altındadır. Onlar misilsiz qanunsuz miqrant axını ilə işğal olunublar. Bunun qarşısında isə heç nə etmirlər. Mən Londona baxıram. Orada dəhşətli bir mer var və şəhər tamamilə dəyişib. İndi isə onlar şəriət qanunlarını tətbiq etmək istəyirlər. Amma siz başqa bir ölkədəsiniz, bunu edə bilməzsiniz. Həm immiqrasiya, həm də onların intihar xarakterli enerji siyasətləri əgər dərhal tədbir görülməsə, Qərbi Avropanın sonu olacaq. Bu davam etdirilə bilməz”, - deyə Prezident çıxışında deyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
3
azertag.az

4Источники