RU

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Nyu-Yorkda “Gələcəyi birlikdə qurmaq” adlı ziyafətdə iştirak edib  

Səudiyyə Ərəbistanı və Azərbaycan arasında tarixi və güclü əlaqələr mövcuddur. Eyni zamanda, bu dövr ərzində investisiya sahəsində əməkdaşlıq gücləndirilməkdədir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli deyib.

Hər iki ölkə arasında əməkdaşlıq üçün çoxlu elementlər və fürsətlər olduğunu bildirən səfir fikirlərinə belə davam edib: "Biz də iki ölkənin əlaqələrinə və maraqlarına xidmət edən əməkdaşlıq imkanları üzərində çalışırıq. Bu iki ölkə arasında əlaqələri gücləndirən amillərdən biri ölkə liderləri arasında olan münasibətlərdir. Baxmayaraq ki, əlaqələr yüksək səviyyədədir, həmin münasibətləri daha da yüksək səviyyəyə çatdırmaq üçün əlimizdən gələni edirik. Çünki bu, bizim ortaq maraqlarımıza xidmət edir. Azərbaycan xalqına və hökumətinə, o cümlədən ölkə rəhbərliyinə uğurlar arzulayıram".

Избранный
19
azerbaijan-news.az

1Источники