RU

Ermənistanda naməlum şəxslər polisə atəş açıb, 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ermənistanda sentyabrın 23-də gecə saatlarında İrəvan şossesinin Armavir vilayətinin Merdzavan kəndi ərazisindən keçən hissəsində polis əməkdaşlarına atəş açılıb.

APA xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Ölənlərdən birinin icma rəhbəri Valodya Qriqoryan olduğu bildirilir.

Hadisənin motivləri məlum deyil, məsələ ilə bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
5
apa.az

7Источники