RU

Makron: Qəzzada münaqişə davam edərkən Tramp Nobel Sülh Mükafatı ala bilməz

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, ABŞ prezidenti Donald Tramp Qəzza zolağında münaqişəyə son qoymayana qədər Nobel Sülh Mükafatına iddialı ola bilməz.

APA xəbər verir ki, o, bu barədə BFMTV-yə müsahibəsində bildirib.

"Mən bir ABŞ prezidentinin səfərbər olduğunu görürəm. O, bu səhər tribunadan "Mən sülh istəyirəm. Mən bu münaqişəni həll etmişəm. Nobel Sülh Mükafatını istəyirəm" – deyir. Nobel Sülh Mükafatı yalnız bu münaqişəyə son qoyduğunuz halda mümkündür”, - Makron bildirib.

Fransa prezidentinin sözlərinə görə, ABŞ bu münaqişənin həllinə təsir etmək üçün ən yaxşı vəziyyətdədir. Çünki o, İsraili Qəzza zolağında hərbi əməliyyatların aparılması üçün istifadə olunan silahlarla təmin etməkdə davam edir.

O, Vaşinqtonu hərbi əməliyyatların dayandırılmasına, HƏMAS radikal qruplaşmasının əlində olan girovluqda qalan 48 nəfərin azad edilməsinə və humanitar dəhlizlərin açılmasına nail olmaq üçün İsrail hökumətinə təzyiq göstərməyə çağırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
2
apa.az

3Источники