RU

İtaliya kuboku: "Milan" "Leççe"ni darmadağın edib - VİDEO

Futbol üzrə İtaliya Kubokunda 1/16 final mərhələsinin üç oyunu baş tutub.

İdman.biz" xəbər verir ki, "Milan" "Leççe" ilə qarşılaşıb. Görüşdə hesabı 30-ci dəqiqədə Himenes açıb - 1:0.

İkinci hissədə Nkunku 51-ci, Pulişiç isə 64-cü dəqiqələrdə "Leççe"nin qapısına yol tapıblar.

Beləliklə, "Milan" növbəti mərhələyə adlayıb. Burada onların rəqibi "Latsio" olacaq.

Evdə "Palermo"nu 2:1 hesabı ilə məğlub edən "Udineze" növbəti raunda keçib. Dzanyolo və Millerin 41 və 45-ci dədiqələrdə vurduqları qollara "Palermo" 90+3-də Pedanın topu ilə cavab verib.

"Kalyari" isə doğma meydanda "Frozinone"ni 4:1 hesabı ilə üstələyib. Oyunda Qaetano 3-cü dəqiqədə hesabı açıb. 36-cı dədqiqədə Verqani cavab topunu vurub. İkinci hissədə Borrelli, Feliçi və Kavuoti 67, 80 və 85-ci dəqiqələrdə vurduqları qollarla yekun nəticəni müəyyən ediblər.

"Udineze" 1/8 finalda "Yuventus"la, "Kalyari" isə "Napoli" ilə qarşılaşacaq.

İdman.biz

Избранный
45
idman.biz

1Источники