RU

Böyük Britaniyada kütləvi etirazlara səbəb olan miqrant həbs edilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

London, 24 sentyabr, AZƏRTAC

Efiopiyadan olan sığınacaq axtaran Hadush Gerberslasie Kebatu yeniyetmə qıza və bir qadına qarşı cinsi təcavüz törətdiyinə görə Britaniyada 12 ay həbs cəzasına məhkum edilib.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, onun bu hərəkəti Eppinq şəhərində, paytaxtdan təxminən 30 km şimalda yerləşən Bell Hotel qarşısında etirazlara səbəb olmuşdu. Bu isə digər etirazların qığılcımı olmuş və sonradan ölkə üzrə immiqrasiya ilə bağlı gərginliklər fonunda nümayişlərin genişlənməsinə gətirib çıxarmışdı.

Çelmsford Magistrat Məhkəməsi Hadush Kebatunu 14 yaşlı qıza və bir qadına qarşı cinsi zorakılıq etməyə cəhd və təqibdə təqsirli bilib.Hakim Kristofer Uilyams hökm oxuyarkən bildirib ki, təqsirləndirilən şəxs öz əməllərinin yaratdığı narazılığın fərqində olduğunu etiraf edib və bu hadisənin qanuna riayət edən digər sığınacaq axtaranların da nüfuzuna mənfi təsir etdiyini anlayıb.

“Siz başa düşə bilməzdiniz ki, törətdiyiniz cinayət əməlləri ictimaiyyətdə belə bir reaksiya yaradacaq, xüsusilə də Eppinqdə, həmçinin bütün Böyük Britaniya üzrə kütləvi nümayişlərə səbəb olacaq. İnsanlar uşaqlarının təhlükəsizliyindən narahatdırlar”,- deyə hakim vurğulayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
1
azertag.az

2Источники