RU

Tramp: "NATO ölkələri Rusiya təyyarələrini vurmalıdırlar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"NATO ölkələri onların hava məkanını pozan Rusiya təyyarələrini vurmalıdırlar".
Oxu.Az RBK-ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşdüyü ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib.
Jurnalistlər Trampdan NATO ölkələri Rusiya təyyarələrinin onların hava məkanını pozması halında onları vurmalı olub-olmadığını soruşublar. Ağ Evin rəhbəri buna "bəli" deyə cavab verib.
Daha sonra amerikalı liderdən müttəfiqlərin səylərini dəstəkləyib-dəstəkləməyəcəyi soruşulub, lakin Ağ Ev rəhbəri "bu, şəraitdən asılıdır" deyərək birbaşa cavab verməkdən çəkinib.
Избранный
16
1
oxu.az

10Источники