Bakı. Trend:
Cari ilin ilk yarısında Azərbaycandan Özbəkistana fizikişəxslərin pul köçürmələrinin həcmi 1,7 milyon ABŞ dolları təşkiledib.
Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.
Bu göstərici 2024-cü ilin analoji dövrü ilə müqayisədə 400 minABŞ dolları və ya 15,1% azdır.
Məlumatlara əsasən, Özbəkistanın həmin dövrdə Azərbaycanınxaricə göndərdiyi ümumi pul köçürmələrində payı 0,7% olub.
Cari ilin ilk yarısında Özbəkistandan Azərbaycana fizikişəxslərin pul köçürmələrinin həcmi 5,9 milyon ABŞ dolları təşkiledib ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1,2 milyonABŞ dolları və ya 25% çoxdur.
Məlumatlara görə, Özbəkistanın həmin dövrdə Azərbaycana xaricdəngələn ümumi pul köçürmələrində payı 1,1% təşkil edib.
2024-cü ilin ilk yarısında Özbəkistandan Azərbaycana fizikişəxslərin pul köçürmələrinin həcmi 4,7 milyon ABŞ dolları olub.
2025-ci ilin ilk 6 ayında Azərbaycandan xaricə fiziki şəxslərinpul köçürmələrinin ümumi həcmi 238,180 milyon ABŞ dolları təşkiledib. Bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə 21,420 milyonABŞ dolları və ya 8,2% azdır.