Məktəblərdə şagirdlərə məcburi şəkildə satılan 25-30 AZN-lik sinif testləri valideynlər arasında ciddi narazılıq yaradıb.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda təhsilin pulsuz olduğu halda, bu testlərin yüksək qiymətə təqdim olunması suallar doğurur: Bu satışdan əldə edilən gəlir hara gedir? Elm və Təhsil Nazirliyi məktəbləri niyə bu materiallarla təmin etmir? Nazirlik təmin edirsə, məktəb öz büdcəsinimi doldurur?
Valideynlər tələb edirlər ki, bu məsələyə aydınlıq gətirilsin, qiymətlər şəffaflıqla müəyyən edilsin və uşaqların təhsil hüququ biznesə çevrilməsin. Məsələ ilə bağlı suallarımızı təhsil eksperti Məzahir Məmmədli cavablandırıb.
Ətraflı BTV-nin reportajında: