RU

Ermənistanın kənd təsərrüfatı məhsulunun 70%-ni azərbaycanlı əhali təmin edib

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

BAKU.WS xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov olub.

O, Azərbaycan dünya bazarını bərpa olunan mənbələrdən əldə etdiyi elektrik enerjisi ilə təmin etməyi, hidrogen hasil etməyi və ixrac etməyi planlaşdırdığını, COP29-dan sonra Azərbaycanda qəbul edilmiş qərarların həyata keçirilməsi istiqamətində görülən işləri sadalayıb, Qərbi Azərbaycan torpaqlarını, oranın aqrar sektorunu analiz edib: "Azərbaycan yüksək külək və günəş enerjisi potensialına malikdir. Bakının yaşıllıq sahəsi 25 ildə on dəfə artıb. Ermənistanın kənd təsərrüfatı məhsulunun 70%-ni azərbaycanlılar verib. Ermənistanın kənd təsərrüfatı torpaqları 82% deqradasiyaya uğrayıb".

Onun sözlərinə görə, Ermənistanın yırtıcı mədənçilik təcrübələri var: "Göyçə və Araz çayına tökülən molibden-mis yataqlarının çirkli sularının törətdiyi fəsadlar böyükdür".

Ekoloq bir çox beynəlxalq tədbirlərdə ermənilərlə ekoloji problemlərlə bağlı mübahisələr yarandığını dilə gətirib, Ermənistanın 30 illik işğal dövründə həyata keçirdiyi talanlarla bölgənin aqrar sektoruna xeyli ziyan vurduğunu deyib: "Ölkələr arasında münasibətlərin normallaşması ekoloji vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq. İndi siyasi məsələlər ekoforumun gündəliyindən çıxarılıb".

F.Cəfərov bu gün Qərbi Azərbaycan mövzusu daha aktual xarakter daşıdığını, onların Vətənə qayıdışının təbbi hüquq olduğunu söyləyib və vurğulayıb ki, ermənilər azərbaycanlıları qovmaqla kənd təsərrüfatı işçi qüvvəsində boşluq yaratdılar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Избранный
3
1
far.az

2Источники