RU

Ölkənin ən iri quşçuluq təsərrüfatlarının inkişaf planlarına ağır zərbə vurulur - Mürvət Həsənli Mürvət Həsənli

Ölkənin ən iri quşçuluq təsərrüfatlarının inkişaf planlarına ağır zərbə vurulur - Mürvət Həsənli Mürvət Həsənli

Quşçuluq təsərrüfatlarının genişlənməsi üçün torpaq və modern texnologiya problemi həlledilməlidir.

AFN.az xəbər verir ki, bunu Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib. Onun sözlərinə görə, ölkədə quş əti ilə təminatı yüz faizə qaldırmaq, ixraca hədəflənmək və yerli bazarda qiymət artımının qarşısını almaq üçün müəssisələrin genişlənməsi və yeni istehsal texnologiyalarının tətbiqi vacibdir.

M.Həsənli qeyd edib ki, bunun üçün torpaq sahələrinin əldə olunması və ya mövcud ərazilərdə yeni binaların tikintisi zəruridir: "Sovet dövründən qalan tikililər müasir texnologiyaların tətbiqinə imkan vermir. Təsərrüfatlar onları sökərək müasir texnoloji tələblərə uyğun yeni binalar tikmək istəyir. Lakin ölkədə torpaqların çoxu kənd təsərrüfatı təyinatlıdır və əkin və örüş üçün nəzərdə tutulub. Reallıqda isə bu torpaqların böyük hissəsi istifadəyə yararsızdır."

Sədərin sözlərinə görə, yararsız ərazilərdə sahibkarlar bir toyuq hini belə tikə bilmir: "Köhnə fermaları söküb yerində modern ferma qura bilmirik. Yerli icra hakimiyyətləri təsərrüfatın genişləndirilməsi və müasir texnologiyaların tətbiqi üçün həyati əhəmiyyətli tikintilərə icazə vermir. Bu, ölkənin iri quşçuluq təsərrüfatlarının inkişaf planlarına ciddi zərbə vurur."

Избранный
5
1
afn.az

2Источники