RU

AK 2026-cı ilə qədər Rusiyadan LNG alışını dayandırmağı planlaşdırır

AK 2026-cı ilə qədər Rusiyadan LNG alışını dayandırmağı planlaşdırır

Avropa Komissiyası Rusiyadan sıxılmış təbii qazın (LNG) alınmasından tamamilə imtina etməyi 2026-cı ilə qədər planlaşdırır.

AFN.az xəbər verir ki, bu barədə "Politico" qəzeti AK-nın 19-cu antirus sanksiyaları paketinə dair təkliflərinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, Avropa Komissiyası uzunmüddətli LNG müqavilələri üçün son tarixi 2026-cı ilin sonuna müəyyən edib, qısa müddətli müqavilələr isə sanksiyalar paketinin qüvvəyə minməsindən altı ay sonra dayandırılacaq.

Layihəyə görə, rus LNG-sinin alınmasının qadağan edilməsinin məqsədi Rusiya üçün fosil yanacaq ixracından gəlirlərin daha da azaldılması və xüsusi hərbi əməliyyatın dayandırılması üçün maksimum təzyiq göstərilməsidir.

Xatırladaq ki, əvvəl Avropa Komissiyası Rusiyadan fiziki LNG tədarükünü 2027-ci ilə qədər dayandırmağı təklif etmişdi.

Избранный
13
afn.az

1Источники