RU

Metroda interval 5 dəqiqəyə çatıb?VİDEO

Metronun Sahil stansiyasında qatarlararası interval 4 dəqiqəni keçib…..

Bu barədə görüntülər XəzərXəbərin qaynar xəttinə göndərilib. Qeyd olunub ki, ötən gün vətəndaşların metroda sıx olduğu vaxtda, 18:12-də 4 qatar dəqiqədən də gec gəlib.

Etdiyimiz sorğu zamanı da aydın oldu ki, hələ də səhər və axşam pik saatlarda qatarlararası intervalda gecikmələr və sıxlıq müşahidə edilir.

Bəzi sakinlər isə bildirdilər ki, ötən illərlə müqayisədə qatarlar arasında interval nisbətən azalıb. Lakin bu sıxlığın qarşısını tam ala bilməyib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Xəzər Xəbər”ə bildirdi ki, İçərişəhər xətti üzrə hərəkət edən qatarda "Xalqlar Dostluğu" stansiyasında olarkən texniki nasazlıq yaranıb. Bu da "Sahil" stansiyasında gecikməyə səbəb olub. Lakin daha sonra həmin qatarın əvəzinə xəttə yenisi buraxılıb və bu da müəyyən gecikmə ilə nəticələnib. Həmçinin bildirilib ki, Bakı Metrosunun sıxlıq olan stansiyalarında sərnişin axınına uyğun olaraq xəttə ehtiyat qatarlar buraxılır.

Qurum rəsmisi onu da əlavə edib ki, xüsusilə sərnişin sıxlığının daha çox olduğu 6 stansiyada - Memar Əcəmi, İnşaatçılar, 20 Yanvar, Elmlər Akademyası, 28 May və Koroğlu stansiyalarında sərnişin axının tələbinə uyğun olaraq ən optimal intervallar tətbiq edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
12
xezerxeber.az

1Источники