RU

Minaya düşərək həlak olan gizir "Xanı" kim idi? – DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun kəşfiyyatçısı, hərbçi yoldaşlarının “Xanı” ləqəbi ilə tanıdığı Səyyaf Əhmədov minaya düşərək həlak olub. Ağdam rayonunun Mirəşelli kəndinin keçmiş neytral ərazisində baş verən hadisə nəticəsində şəhidin nəşi ANAMA əməkdaşları tərəfindən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Gizir Səyyaf Əhmədovun həyat və döyüş yoluna nəzər salırıq.

 

Həyatı və uşaqlıq illəri

 

Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində dünyaya göz açıb. Sadə ailədə böyüyən Səyyaf kiçik yaşlarından Vətən sevgisi və igidliyi ilə seçilib.

 

Ailəsi

 

Şəhid gizir ömür-gün yoldaşı və 4 övlad atası idi. Onun həm ailəsində, həm də döyüş yoldaşları arasında böyük hörmət və nüfuzu var idi.

 

Hərbi yolu və döyüş şücaətləri

 

1992-ci ildə könüllü olaraq Azərbaycan Ordusuna yazılan Səyyaf Əhmədov qısa müddətdə ön cəbhəyə göndərilib. Kəşfiyyatçı kimi xüsusi əməliyyatlarda iştirak edib, düşmən arxasında cəsarəti və soyuqqanlılığı ilə seçilib.

 

Döyüşlər zamanı 3 dəfə ağır yaralanmasına baxmayaraq, heç vaxt silahdaşlarını tək buraxmayıb. Onun həmkəndliləri və döyüş dostları bildirirlər ki, Səyyaf Əhmədov dəfələrlə həyatını təhlükəyə ataraq yoldaşlarını xilas edib.

 

Mükafat və təltiflər

 

Onun göstərdiyi qəhrəmanlıqlar dövlət tərəfindən yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyev tərəfindən 2 medal ilə təltif olunub:

 

“Vətən uğrunda” medalı – döyüşlərdə göstərdiyi şücaətə görə;

 

“Hərbi xidmətdə fərqlənməyə görə” medalı – nümunəvi xidmətlərinə görə.

 

Bundan başqa, Müdafiə Nazirliyi tərəfindən 5 fərqli medala layiq görülüb.

 

Musavat.com

Tarix: 23 Sentyabr 2025, 21:24   
Избранный
8
6
pravda.az

7Источники