RU

İtaliya Fələstini yalnız bu halda tanıya bilər Meloni

ain.az, GlobalInfo saytına istinadən bildirir.

İtaliya yalnız bütün israilli girovlar azad edildiyi və HƏMAS silahlı qruplaşması hökumətdən kənarlaşdırıldığı halda Fələstini tanıyacaq.

Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corcia Meloni deyib.

O, jurnalistlərə açıqlamasında “Mən Fələstinin tanınmasının əleyhinə deyiləm, amma düzgün prioritetlər qoymalıyıq” deyə vurğulayıb.

Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edən Meloni həmçini beynəlxalq təzyiqin İsrailə deyil, HƏMAS-a yönəldilməli olduğunu bildirib. Onun sözlərinə görə, müharibəni başlayan və girovları azad etməyərək onun başa çatmasına mane olan məhz HƏMAS-dır.

Qeyd edək ki, sağçı hökumətə rəhbərlik edən Meloni Avropa İttifaqında İsrailin ən güclü tərəfdarlarından biridir və bu ay Britaniya, Kanada və Fransa kimi digər G7 ölkələrinin atdığı addımı təkrarlamayaraq Fələstin dövlətini tanımaqdan imtina edib.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
globalinfo.az

1Источники