RU

Mingəçevirdə teatr mövsümünün açılışı olub

MİNGƏÇEVİR, 23 sentyabr. TELEQRAF

Mingəçevir Dövlət Dram Teatrının 58-ci teatr mövsümünün açılışı olub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, yeni mövsüm yazıçı Qriqori Qorinin "Herostratı unudun " pyesi əsasında hazırlamış tamaşa ilə start götürüb.Tamaşa rejissor Emin Mirabdullayevin quruluşunda səhnə həyatı görüb.

Açılış mərasimində teatrın direktoru səlahiyyətlərini icra edən Vəfadar Rəhimov, Gəncə Dövlət Milli Dram Teatrının ədəbi dram hissəsinin rəhbəri, teatrşünas, tənqidçi Anar Ərtoğrul Bürcəliyev, teatrın bədii şurasının üzvü, Prezident təqaüdçüsü şair Elşən Əzim və Prezident mükafatçısı, Mingəçevir Modern Teatrın bədii rəhbəri, kino və teatr rejissoru Cavid Təvəkkül çıxış edərək təbriklərini kollektivə çatdırıblar.

Tədbirdə həmçinin şəhidlərin xatirəsi yad edilib.

Избранный
79
teleqraf.com

1Источники