RU

Rusiya ilə Ukrayna arasında atəşkəslə bağlı Ərdoğandan açıqlama

Rusiya ilə Ukrayna arasında İstanbul prosesinə ev sahibliyi edirik.

"Unikal"ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə iki ölkə arasında birbaşa görüşlər sayəsində çoxsaylı əsir və nəşin mübadiləsinə vasitəçilik edib.

“Hazırda sülh müzakirələrinin variantlarını müəyyən etməyə çalışırıq. Müharibənin qazananı, ədalətli sülhün itirəni olmaz. Gələcək dönəmdə də atəşkəs üçün səy göstərməyə davam edəcəyik”, - deyə Ərdoğan qeyd edib.

Избранный
11
50
unikal.az

10Источники