RU

Bu il neçə erkən nikahın qarşısı alınıb? RƏSMİ CAVAB

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Erkən nikah günümüzdə bir çox cəmiyyətlərdə aktual sosial problemlərdən biri olaraq qalır. Hələ fiziki, psixoloji və sosial baxımdan yetkinləşməyən gənclərin erkən evliliyə məcbur edilməsi onların həyat keyfiyyətinə, gələcək inkişafına və sağlam münasibətlər qurmasına ciddi mənfi təsir göstərir.

BAKU.WS-in məlumatına görə, bu cür nikahlar çox zaman təhsildən yayınma, sosial təcrid, ailədaxili zorakılıq riskinin artması, həmçinin fiziki və psixoloji sağlamlıq problemləri ilə nəticələnir.

Erkən nikahın yaratdığı fəsadlar yalnız fərdi deyil, həm də ümumi cəmiyyətin inkişafına mənfi təsir edir. Buna görə də bu məsələnin mahiyyətini anlamaq və onun qarşısını almaq yollarını araşdırmaq olduqca vacibdir.

Maraqlıdır ki, bu il ölkə üzrə neçə erkən nikahın qarşısı alınıb? Bu suala cavab tapmaq üçün Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdik.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu BAKU.WS-ə açıqlamasında bildirib ki, erkən evliliklə bağlı 2025-ci il ərzində ümumilikdə komitəyə 19 müraciət daxil olub ki, bunlardan 13 uşaq evliliyinin qarşısı alınmış, 4 fakt isə öz təsdiqini tapmayıb:

"Daxil olan müraciətlərin əksəriyyəti erkən evliliyə məruz qalan şəxslərin özləri, o cümlədən erkən evliliyi müşahidə edən lakin müdaxilə edə bilməyən şəxslər tərəfindən edilir. Erkən evliliklə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə, rayon (şəhər) icra hakimiyyəti orqanları yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyalara, Uşaq qaynar xəttinə (116111) müraciət etmək mümkündür".

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
1
baku.ws

2Источники