RU

Rəsmi Moskva ABŞ a şərt qoydu: Bu müqaviləyə daha bir il əməl edəcəyik, lakin...

ain.az, Mia.az saytına istinadən bildirir.

"Rusiyanın 2026-cı ildə müddəti bitəcək Strateji Silahların Azaldılması üzrə Yeni Müqaviləyə daha bir il öz tərəfindən əməl edəcək. Lakin eyni addımı ABŞ da atmalıdır"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarına cavabda deyib.

O, bu anlaşma ilə bağlı sualı belə cavabladırıb: "Müqavilə müddəti bitməmiş yeni sənədlə bağlı razılığa gəlmək praktiki olaraq mümkün deyil. Bu, çox çətin məsələdir və kompleks yanaşma tələb edir. Bu şəraitdə Rusiya daha bir il müqavilədəki məhdudiyyətlərə əməl etməyə hazırdır. Lakin dediyim kimi, bu, ABŞ-ın da oxşar mövqe nümayiş etdirməsindən aslıdır. Əgər Vaşinqton razılaşmasa, təbii ki, biz də əməl etməyəcəyik"

Samir Musayev

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
mia.az

1Источники