RU

Ayılar xırdabuynuzlu heyvanları belə parçaladıVİDEO

Ayı tövləyə soxularaq xırdabuynuzlu heyvanları parçalayıb...

Xezerxeber.az xəbər verir ki, hadisə Qubanın Qımılqazma kəndində baş verib. Gecə saatlarında Ədalət Ramazanova məxsus 14 baş xırdabuynuzlu heyvanı ayılar parçalayaraq tələf edib. Təsərrüfat sahibinə 4500 manata yaxın ziyan dəyib.

Bənzər hadisə Rustov, Xənagah, Səbətlər kəndlərində də olub. Bir-neçə gün əvvəl Xənagah kəndində ayılar iribuynuzlu mal-qaraya hücum çəkib.

Kənd icra nümayəndəliyindən isə bildirildi ki, vəhşi heyvanları ancaq səs- küy salaraq uzaqlaşdıra bilirlər.

Sakinlərə ehtiyatlı olmaları tövsiyə edilib. Hazırda digər kəndlərdə də marifləndirmə işləri aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
6
xezerxeber.az

1Источники