RU

Suflyor qalmaqalı: Tramp zarafat etdi, Berbok cavab verdi

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışına işləməyən suflyor barədə zarafatla başlayıb.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, Tramp suflyorunun işləmədiyinə işarə edərək “Problem deyil, belə olanda daha ürəkdən danışırsan. Amma suflyoru idarə edən şəxs böyük bəlaya düşəcək,” – deyə əlavə edib.

ABŞ lideri çıxışı zamanı yenidən suflyora toxunaraq onun BMT-dən qazandığı “yeganə şeylərdən biri” olduğunu bildirib. Lakin BMT rəsmisi açıqlamasında suflyorun idarəsinin Ağ Evin nəzarətində olduğunu qeyd edib.

Trampın çıxışından sonra BMT Baş Assambleyasının Prezidenti Annalena Berbok zalda yaranan gülüşə münasibət bildirərək deyib:

“Çoxlu suallar aldığımız üçün əmin etmək istəyirəm ki, narahat olmayın, BMT-nin suflyorları mükəmməl işləyir”.

Избранный
6
2
axar.az

3Источники