RU

Səfir: Səudiyyə Ərəbistanı və Azərbaycan ticari-iqtisadi əməkdaşlığı gücləndirir

Səudiyyə Ərəbistanı və Azərbaycan müştərək komitə və işgüzar şura vasitəsilə ticari-iqtisadi əməkdaşlığı gücləndirmək üzərində işləyir.

"Report"un məlumatına görə, bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh Əl Cüteyli Ərəb dövlətinin Milli Gününə həsr olunmuş tədbirdə deyib.

"Yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub və hazırda biz Səudiyyə-Azərbaycan İşgüzar Şurası və Birgə Komitə vasitəsilə ticari-iqtisadi mübadilənin genişləndirilməsi üzərində işləyirik", - o vurğulayıb.

Səfirin sözlərinə görə, iki ölkənin yaxın gələcəkdə ticarət və investisiyaları əhəmiyyətli dərəcədə artıracaq bir çox ümumi məqsədləri var.

"Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında münasibətlər tarixi xarakter daşıyır. Bu əlaqələr 1991-ci ildə qurulub və hazırda bütün sahələrdə fəal inkişaf edir", - o söyləyib.
Избранный
8
1
sherg.az

2Источники