RU

Ərdoğan: “Azərbaycan ilə Ermənistan arasında sülh addımlarının atılmasından məmnunuq”

“Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması üçün tərəfləri ilk gündən dəstəkləyirik”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.

Ərdoğan avqustun 8-də iki ölkə (Azərbaycan və Ermənistan) arasında davamlı sülhə gedən addımların atılmasından məmnunluq duyduğunu qeyd edib:
 

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan başda olmaqla, prosesə dəstək verən ABŞ Prezidenti Donald Trampa bir daha təşəkkür edirəm.


Bu mənada ölkəmizlə Ermənistan arasında normallaşma prosesinin öz axarı ilə davam etdiyini bildirmək istəyirəm”.

Bizim.Media

Избранный
25
11
bizim.media

7Источники