RU

Nyu Yorkda gizli təhlükə: Təxribat törətmək istədilər

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Məxfi Xidməti BMT Baş Assambleyası ərəfəsində Nyu-York ərazisində genişmiqyaslı gizli telekommunikasiya şəbəkəsini aşkar edərək söküb.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNBC” məlumat yayıb.

Bildirilir ki, təxminən 150 dünya lideri Manhettenə gəlməyə hazırlaşarkən mobil qüllələri iflic etmək, 911 zənglərini bloklamaq və kommunikasiya şəbəkələrində təxribat törətmək qabiliyyətinə malik sistem aşkar olunub.

Şəbəkə BMT-nin mənzil-qərargahının 55 kilometr radiusunda yerləşən və ümumilikdə 100 mindən çox SİM kartı idarə edən 300-dən çox SİM serverdən ibarət olub. Müstəntiqlər bildirirlər ki, bu, ABŞ-da indiyədək aşkar edilən ən böyük təhlükələrdəndir. Vaxtında qarşısı alınmasa, sistem şəhərdə mobil rabitəni tamamilə bağlaya bilərdi.

Serverlər kütləvi zənglər və mesajlar yaratmaq, yerli şəbəkələri həddən artıq yükləmək və cinayətkarların şifrələnmiş rabitələrini maskalamaq qabiliyyətinə malik saxta mobil telefonlar bankı kimi fəaliyyət göstərib.

Agentlər hesab edirlər ki, adı açıqlanmayan, lakin konkret bir hədəf üçün işləyən cinayətkarlar sistemdən mütəşəkkil cinayətkar qruplara, kartellərə və terror təşkilatlarına şifrəli mesajlar göndərmək üçün istifadə ediblər. Sistem dəqiqədə 30 milyon mətn mesajı göndərmək qabiliyyətinə malik olub.

ABŞ hakimiyyəti hələlik şəbəkə ilə əlaqəli təfərrüatları açıqlamayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
18
globalinfo.az

1Источники