RU

"Canlı ifa istəyirsinizsə, ən azı 10 min ödəməlisiniz" - Nura Suri

Müğənni Nura Suri sosial şəbəkələrdə ona və həmkarlarına ünvanlanan ittihamlara sərt cavab verib.

"Ölkə.az" bildirir ki, o, xüsusilə fonoqram məsələsində müğənniləri qınayanlara etiraz edib:

"Müğənnilər nəsə paylaşan kimi dərhal 20-30 fərqli saxta səhifədən eyni məzmunlu şərhlər yazanlar peyda olur. Guya bunlar ağıllıdırlar. Halbuki bilmədikləri, anlamadıqları mövzularda fikir yürüdürlər, "müğənnilər fonoqram oxuyur" deyirlər. Amma estrada müğənnisi ilə muğam və ya opera müğənnisinin fərqini belə ayırd edə bilmirlər, hətta fonoqramın nə olduğunu da anlamırlar.

Studiyada bir mahnının yazılması üçün nə qədər vəsait lazım olduğunu bilirsinizmi? Mahnının səliqəli, təmiz və yüksək keyfiyyətlə səslənməsi üçün yalnız müğənni deyil, həm də səs rejissoru, aranjimançı, musiqiçilər (canlı alət ifaçıları), bek-vokallar və bir çox digər mütəxəssislər əmək sərf edirlər. Bu iş vaxt, əmək və pul tələb edir. Bütün bunlar sadəcə dinləyici daha keyfiyyətli musiqi eşitsin deyə edilir.

Əgər siz mütləq canlı ifa istəyirsinizsə, estrada müğənnilərini tədbirinizə dəvət edərkən ən azı 10 min manat ödəməlisiniz ki, onlar da canlı musiqiçilərlə, orkestr və bütün texniki heyətlə birlikdə gəlib konsert şəraitində ifa etsinlər".

Избранный
6
7
olke.az

8Источники