RU

"Qərbi Azərbaycan sənətkarlığı" Almaniyada tanıdıldı - FOTO

Dünən Almaniyanın Nürnberq şəhərində yerləşən  Türk Tarixi və Mədəniyyətləri Muzeyində Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin həyata keçirdiyi "Qərbi Azərbaycan Sənətkarlığı" layihəsinin Almaniya mərhələsi uğurla başa çatdı.

Qaziler.az bildirir ki, Azərbaycanın zəngin mədəni irsinin avropalılara tanıdılması məqsədilə 5 gün ərzində bu şəhərdə yerləşən Obyektiv Kültür Mərkəzində, Türk Tiyatrosunda, Mədinə dərnəyində müxtəlif tədbirlər keçirildi.

Tədbirlər zamanı Azərbaycanın tanınmış tətbiqi sənət ustalararı Lalə, Toğrul, İsgəndər Sərdarlıların əsərləri yerli sənətsevərlərə nümayiş etdirildi. Burada əsasən onların hazırladığı mücrülər, digər dekorativ tətbiqi sənət nümunələri tanıdıldı.

Tədbirlər çərçivəsində " Türk Tiyatrosu"nun təşkilatçılığı ilə Azərbaycan Türk musiqi gecəsi də keçirildi. "Qərbi Azərbaycan sənətkarlığı" layihəsinin Almaniya mərhələsinə həsr edilmiş tədbirlərə sonuncu İrəvan xanının varisi Əmir Əli Sərdari İrəvani də qatılmışdır.

Tədbir iştirakçıları və ziyarətçilər Azərbaycanın zəngin mədəni irsini tərənnüm edən sənət nümunələrindən böyük zövq aldıqlarını bildirmiş, bu cür tədbirlərin daha geniş formatda, ənənəvi şəkildə keçirilməsini arzyladıqlarını söyləmişdirlər.

Избранный
1
2
qaziler.az

3Источники