ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp BMT-nin mənzil qərargahına gedərkən problemlə üzləşiblər.
Bakıvaxtı.az xəbər verir ki, Tramp çıxış etmək üçün konfrans zalına qalxmaq istəyərkən eskalator işləməyib. Nəticədə Ağ Ev rəhbəri və Melaniya pilləkənləri piyada qalxmalı olublar.