RU

Olimpiya çempionunun bədii gimnastika akademiyası III MDB Oyunlarında iştirak edəcək

Bədii gimnastika üzrə Olimpiya çempionu Alina Kabayevanın "Nebesnaya qratsiya" bədii gimnastika akademiyası III MDB Oyunlarında iştirak edəcək.

90deqiqe.Az xəbər verir ki, bədii gimnastikaya həsr olunmuş dünyanın yeganə çoxformatlı məkanının rusiyalı gimnastları Şəki şəhərindəki Olimpiya İdman Kompleksinin arenasında bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Yarışın açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq.

Избранный
20
17
90deqiqe.az

10Источники