RU

Çexiyalı biatlonçu 19 yaşında dünyasını dəyişib

Bakı, 23 sentyabr, AZƏRTAC

Çexiyalı biatlonçu Yan Vanha 19 yaşında dünyasını dəyişib.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, yolda velosiped sürərkən idmançını avtomobil vurub.

Hadisə Pardubitse vilayətinin Krouna kəndi yaxınlığında baş verib.

Qəzanın səbəbləri araşdırılır.

Избранный
19
5
azertag.az

7Источники