1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin hələ də davam etməsindən təəssüfləndiyini bildirib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə o, BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı danışıb.
D.Tramp əvvəlcə bu müharibənin ən asan bitəcək qarşıdurma olduğunu düşündüyünü bir daha qeyd edib.
"Hamı Rusiyanın üç gün ərzində bu müharibədə qalib gələcəyini düşünürdü, lakin bu, belə olmadı. Bu, Rusiyanı yaxşı mövqedə göstərmir", - deyə Tramp bildirib.
O vurğulayıb ki, ilkin olaraq Rusiyanın hücumunun bir neçə gün, bir həftədən az vaxt aparacağı düşünülürdü, lakin onlar üç il yarımdır mübarizə aparırlar.