RU

Quttereş Azərbaycan-Ermənistan sülhündən danışdı

Quttereş Azərbaycan-Ermənistan sülhündən danışdı

Bu il Azərbaycan və Ermənistan arasında ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşma diqqət çəkir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri BMT Baş Katibi Antonio Quterreş Baş Assambleyanın 80-ci sessiyasının açılış mərasimində deyib.

Quterreş çıxışında vurğulayıb: “Biz beynəlxalq hüquqa əsaslanan sülh yolunu seçməliyik. Bu il Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında saziş imzalanıb”.

O, həmçinin Kamboca-Tailand münaqişəsinə toxunaraq bildirib ki, bəzi böhranlar nəzarətsiz qalır, cəzasızlıq hökm sürür və qanunsuzluq artmaqdadır.

Baş katib əlavə edib ki, belə vəziyyət xaosa yol açarsa, bu, terrorizmin güclənməsinə səbəb olacaq və bütün xalqlar üçün təhlükə yaradacaq: “Məsuliyyət azalır, qəbiristanlıqlar isə böyüyür”.

Избранный
19
afn.az

1Источники