Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 24-ü saat 08:00-dan sentyabrın 25-i saat 24:00-dək paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində — A.A.Bakıxanov küçəsi ilə kəsişmədən başlayaraq aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan ərazidə qısa müddətlik tam məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən göstərilən tarixlərdə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.