RU

Neymardan Rafinyanın “Qızıl Top” səsverməsində beşinci yeri tutmasına ETİRAZ

“Santos”un futbolçusu Neymar “Qızıl Top” mərasimi barədə fikirlərini bölüşüb.

İdman.biz-in məlumatına görə, o, bununla bağlı sosial media hesabında paylaşım edib.

Braziliyalı ulduz “Barselona”nın vingeri Rafinyanın beşinci yerdə qərarlaşmasına etiraz edib. Neymar nəticələri əks etdirən posta özünəməxsus tərzdə fikirlərini yazıb: “Rafinya beşinci? Bu, çox ciddi bir zarafatdır”.

Qeyd edək ki, “Qızıl Top”u PSJ-nin hücumçusu Usman Dembele qazanıb. “Barselona”nın futbolçusu Lamin Yamal ikinci, PSJ-nin yarımmüdafiəçisi Vitinya isə üçüncü yeri tutub.

İdman.biz

Избранный
16
1
idman.biz

2Источники