RU

Quterreş: Mən Qəzzadakına bənzər bir şiddət görməmişəm

“Biz amansız insan əzabları dövrünə qədəm qoymuşuq”.

APA xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş Nyu-Yorkda keçirilən 80-ci BMT Baş Assambleyasının açılışında bildirib.

Onun sözlərinə görə, BMT-nin prinsipləri təhdid altındadır.

“Sülhün təməlləri cəzasızlıq və bərabərsizliyin ağırlığı altında çökür”, - Baş katib vurğulayıb.

Quterreş qeyd edib ki, artıq üç ilə yaxındır Qəzzada dəhşət davam edir: “Bunlar bəşəriyyətə meydan oxuyan qərarların nəticəsidir. Mən daha əvvəl Qəzzadakına bənzər bir şiddət görməmişəm. İsrail getdikcə daha çox can alır. Qəzza sakinləri insan haqlarından məhrum olaraq yaşayırlar. Razılaşmalarımız tam şəkildə həyata keçirilməlidir”.
Избранный
19
7
sherg.az

8Источники