RU

Medianın İnkişafı Agentliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş keçirilib

Bakı. Trend:

Sentyabrın 23-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoruƏhməd İsmayılov ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondununprezidenti Aktotı Raimkulova arasında görüş keçirilib.

Bu barədə Trend-ə Medianın İnkişafı Agentliyindən məlumatverilib.

Bildirilib ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoruƏhməd İsmayılov türk dövlətləri ilə Azərbaycan arasında mövcudmedia əlaqələrinin hazırkı vəziyyətinə toxunub.

O, medianın qarşılıqlı fəaliyyətinin gücləndirilməsininəhəmiyyətini qeyd edərək Fondla əməkdaşlığın gələcəkdə ortaqlayihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətinsəmərəliliyini artıracağını diqqətə çatdırıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti AktotıRaimkulova Fondun məqsəd və fəaliyyət istiqamətləri barədə ətraflıməlumat verərək türk xalqlarının ortaq mədəni dəyərlərininqorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsiistiqamətində həyata keçirilən layihələrdən danışıb.

O, sözügedən irsin beynəlxalq müstəvidə tanıdılmasında medianınmühüm rol oynadığını qeyd edib.

Görüşdə tərəflər gələcəkdə qarşılıqlı fəaliyyət çərçivəsindəmüxtəlif proqramların reallaşması istiqamətində fikir mübadiləsiaparıblar.

Избранный
6
22
az.trend.az

10Источники