RU

Daşkəsən dəmir filizi yataqlarının ehtiyatları açıqlanıb

Daşkəsən dəmir filizi yataqlarının işlənməsi ölkəmiz üçün böyük iqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir.

Bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən brifinqdə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

O bildirib ki, həyata keçirilmiş ilkin qiymətləndirmə çərçivəsində aparılan geoloji tədqiqatlar nəticəsində yataqlar üzrə 70 milyon ton artım qeydə alınıb, ümumilikdə isə yerin təkində 187,3 milyon ton dəmir filizi ehtiyatı təsdiqlənib. Bu həcm potensial olaraq gələcəkdə yataqların 15 il əlavə istismarı deməkdir.

Zakir İbrahimov əlavə edib ki, Azərbaycanda illik 2 milyon ton istehsal gücünə malik İsti Briketlənmiş Dəmir zavodu (İBD) qurulacaq:

“Ümumi investisiya dəyəri təqribən 700 milyon ABŞ dolları təşkil edir. Məhz bu mərhələnin icrası məqsədilə Qazaxıstanın investisiya şirkəti “Fonte GreenMet Investments Fund” ilə strateji əməkdaşlıq qurulub. Bu əməkdaşlığın nəticəsi olaraq, “Daşkəsən Dəmir Filiz” MMC və “Fonte GreenMet Investments Fund” tərəfindən birgə müəssisə – “Azerbaijan Metal Company” MMC təsis edilib. Azərbaycanın sənaye və mədən sektorunun inkişafına, ixrac potensialının artırılmasına, həmçinin müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin yerli istehsalata inteqrasiyasına xidmət edəcək. Strateji layihə ölkəmizin ÜDM-nə ildə təxminən 694 milyon ABŞ dolları həcmində töhfə verəcək, regionda məşğulluğu böyük ölçüdə artıraraq, 1600 nəfərə qədər yerli mütəxəssisin işlə təminatına imkan yaradacaq”, – deyə o əlavə edib.

MənbəAPA
Избранный
9
3
banker.az

9Источники