RU

Paltaryuyanın səsinə görə qızına kəllə atıb yerə yıxdı 9 uşaq atasının MƏHKƏMƏSİ

ain.az, Lent az saytına istinadən bildirir.

Abşeronda qızını döyən ataya cinayət işi açılıb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun qəsəbələrindən birində baş verib.

Hadisəyə paltaryuyan maşının səsi səbəb olub. Belə ki, birinci mərtəbənin mətbəxində oturan 47 yaşlı Ömər Nəcibov (soyad şərtidir) paltaryuyan maşının səsindən bezərək cihazı söndürüb. Bu zaman ikinci mərtəbədə olan qızı Həfsa Nəcibova (soyad şərti) aşağı düşərək, cihazı kimin söndürdüyünü soruşub. Atası paltaryuyanı özünün söndürdüyünü deyəndə tərəflər arasında mübahisə yaşanıb. Bu zaman ata əvvəlcə əli ilə qızının boğazından tutaraq sıxıb, sonra yumruq və kəllə zərbələri ilə onu yerə yıxaraq, xəsarət yetirib.

Hadisədən sonra zərərçəkən polisə şikayət edib. Nəticədə Ömər Nəcibov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi açılıb.

Məhkəmə istintaqı zamanı ata və qızı barışıblar. Tərəflər cinayət işinə xitam verilməsini xahiş ediblər.

Abşeron rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və Ömər Nəcibov məsuliyyətdən azad olunub.

Məlumat üçün bildirək ki, Ömər Nəcibov 2003-cü ildə ailə həyatı qurub. Həmin nikahdan onun 9 övladı dünyaya gəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
lent.az

1Источники