RU

Harri Potter ulduzu: O qədər çox və uzun müddət işlədim ki, həyatım dibinə endi

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Harri Potter" film silsiləsinin ulduzu Emma Uotson "Metro" nəşrinə açıqlamasında həyatının müəyyən dövründə "dibə endiyini" bildirib.

Qaynarinfo xəbər verir ki, aktrisanın sözlərinə görə, 7 illik fasilə onun karyerasındakı ilk illərdə məşhurluğun yaratdığı böyük təzyiqdən qaynaqlanıb. Bununla belə, Uotson indi işi üçün darıxdığını etiraf edib. O, aktyor oyununun "dərin bir meditasiya forması" olduğunu və bu sənətin ona verdiyi azadlıq hissini çox darıxdığını deyib.

"Ən vacibi, əslində həyatının əsası evin, dostların və ailəndir. Düşünürəm ki, mən o qədər çox və uzun müddət çalışdım ki, həyatım sanki dibə endir", deyə Uotson əlavə edib.

Bu ilin iyulunda BBC xəbər vermişdi ki, aktrisa sürət həddini aşdığına görə sürücülük hüququndan məhrum edilib. Məlumata görə, o, ötən ilin 31 iyulunda İngiltərənin Oksford şəhərində "Audi S3" markalı avtomobili ilə saatda 48 km sürət məhdudiyyəti olan ərazidə 60 km sürətlə hərəkət edib.

Məhkəmə qərarına əsasən, Uotsona 6 ay müddətinə avtomobil idarə etmə qadağası qoyulub və 1044 funt-sterlinq cərimə tətbiq edilib. Aktrisa ittihamı qəbul edib və cəriməni 28 gün ərzində ödəməlidir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
qaynarinfo.az

1Источники