“Bakubus” avtobusunda sərnişinlər arasında dava olub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisənin Xətai rayonu ərazisində baş verdiyi iddia edilir.
Sosial şəbəkələrdə yayılan videodan da görünür ki, iki gənc qız arasında mübahisə əlbəyaxa davaya çevrilib.
Hadisə ilə bağlı “BakuBus” MMC-dən bildirilib ki, bu kimi hallarda sürücülərə qanunvericiliyin tələblərinə əsasən “102” xidmətinə məlumat vermələri ilə bağlı müvafiq təlimatlar verilir: “Eyni zamanda sərnişinlərdən ictimai nəqliyyatdan istifadə zamanı mövcud qaydalara riayət edərək digər sərnişinlərə və yol hərəkəti iştirakçılarına hörmətlə yanaşmalarını xahiş edirik”.
***
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, sosial şəbəkədə ictimai nəqliyyatda iki nəfər arasında baş verən mübahisə ilə bağlı paylaşılan görüntülərdən məlumatlıdırlar. Tərəflərin qarşılıqlı müraciətləri əsasında müvafiq araşdırma aparılır.
Sözügedən görüntüləri təqdim edirik: