RU

Qızıl külçəyə görə həbs olunanlara HÖKM OXUNDU

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşı Əfsər Mirzəliyev və onunla birgə ittiham olunan Səfər Səfərovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi keçirilən sonuncu prosesdə təqsirləndirilənlərə hökm oxunaraq, onların hər ikisi ayrı-ayrılıqda beş il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Səfər Səfərova Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilib, barələrində həbs qətimkan tədbiri seçilib.

Əfsər Mirzəliyev Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşı olub.

Elgün Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
57
16
oxu.az

10Источники