RU

Ukrayna kosmik qüvvələr yaradır

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin tərkibində kosmik qüvvələrin yaradılması planlaşdırılır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna hökumətinin fəaliyyət planında deyilir.

“2025-ci il dekabrın 31-dək müdafiə qüvvələrinin strukturu kosmik qüvvələrin yaradılması ilə əlaqədar yenilənməli, onların fəaliyyət göstərməsi üçün hüquqi və təşkilati əsaslar yaradılmalıdır”, - fəaliyyət planının mətnində deyilir.

Həmçinin fəaliyyət planına görə, Ukrayna Müdafiə Nazirliyi 2030-cu ilə qədər müdafiə məqsədləri üçün milli peyklər, həmçinin hava hücumundan xəbərdarlıq sistemləri və kosmik müşahidə sistemləri almağı planlaşdırır.

Fəaliyyət planı artıq Ali Radaya təqdim olunub və yaxın vaxtlarda baxılması gözlənilir.

Qeyd edək ki, hazırda Ukrayna Silahlı Qüvvələrinə silahlı qüvvələrin üç qolu daxildir: quru qoşunları, hava qüvvələri və dəniz qüvvələri.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
2
yeniavaz.com

3Источники