Türkiyədə məşhur "Kızılcık Şerbeti" serialının ssenari müəllifi Merve Göntem barədə məhkəmənin qərarı açıqlanıb...
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi xəbərə görə, hakim onun məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verib.
Xatırladaq ki, Merve Göntem ötən gün axşam, 4 il əvvəl verdiyi bir müsahibədəki açıqlamaları səbəbi ilə saxlanılmışdı. Ona qarşı "fahişəliyə təşviq və cinayətə təhrik" ittihamı irəli sürülmüşdü.
Poliqon.info