RU

Həkim başı kəsilmiş hamilə qadını əməliyyat etdi Qəzzada dəhşət

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qəzzada işləyən avstraliyalı həkim Nada Abu Alroub başı kəsilmiş hamilə qadına qeysəriyyə əməliyyatı keçirib və körpəsini xilas edib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, İsrailin bombardmanı nəticəsində qadının başı kəsilib. 

"Qadın doqquz aylıq hamilə idi. Təcili qeysəriyyə əməliyyatı etməli olduq, xoşbəxtlikdən körpəni sağ qurtardıq", - həkim qeyd edib.

Nada Abu Alrub işlədiyi Əl-Şifa xəstəxanasındakı ağır şəraiti təsvir edib. O, həkimlərin əlcək, anesteziya və hətta sabun kimi əsas tibbi ləvazimatların çatışmazlığı ilə üzləşdiyini söyləyib. Qəzzanın ən böyük xəstəxanası olan Əl-Şifa xəstəxanası davamlı olaraq bombalanır, ölən və yaralananların sayı artır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
unikal.az

2Источники