Bəzi kolleclərdə təhsil formal xarakter daşıyır — AÇIQLAMA
“Əvvəlki dövrlə müqayisə etsək, bəzi kolleclərdə kadr hazırlığı istiqamətində işlər çox zəif və yaxud aşağı göstəricilərə sahibdir”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, hazırda 1 və 2 nömrəli Bakı Baza Tibb Kolleci, Maliyyə İqtisad Kolleci, bölgələrdə fəaliyyət göstərən tibb kolleclərini bitirənlərin iş təminatı digərləri ilə müqayisədə nisbətən yaxşıdır:
“Amma elə kolleclər var ki, orda kadr hazırlığı sadəcə formal xarakter daşıyır. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi müəyyən akkreditasiya aparılmalıdır. Məqsəd o olmamalıdır ki, sadəcə plan yerlərini dolduraq, formal bir qiymətləndirmə və formal diplom təqdim edək. Əgər bu gün kollec diplomu əsasında hər hansı işə qəbul həyata keçirilmirsə, həmin kolleclərin bağlanılması, yaxud bu kolleclərin binalarında peşə məktəbi istiqamətində kadr hazırlığı həyata keçirilməsi məqsədəuyğun olar”.