RU

Ulduz hücumçu “Neftçi”də?

“Beşiktaş”ın sabiq hücumçusu Vensan Abubakar karyerasını Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, “Neftçi” klubunun rəhbərliyi kamerunlu forvardı heyətə qatmaq niyyətindədir. Bu məlumatı jurnalist Reşat Can Özbudak yayıb.

Bakı təmsilçisi hazırda azad agent olan 33 yaşlı hücumçuya rəsmi təklif göndərib.

Qeyd edək ki, Vensan Abubakar karyerası ərzində “Valensiya”, “Loryan”, “Portu”, “Beşiktaş” və “Əl-Nəsr” kimi klublarda çıxış edib. Təcrübəli futbolçunun son komandası isə “Hatayspor” olub.

Избранный
15
1
idmanxeber.az

2Источники