RU

Yüksəkdozalı C vitaminin xərçəngə təsiri ilə bağlı aparılmış tədqiqat

Saglamolun portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xərçəngin yeni müalicəsi insanlarda uğurla sınaqdan keçirildi. ABŞ-da həkimlər C vitamininin ultra yüksək dozalarından istifadə etməklə beyin və ağciyər xərçənginin müalicəsi üzrə bir sıra klinik sınaqları uğurla həyata keçiriblər. Onkologiyadan əziyyət çəkən könüllülərə kimyaterapiyadan əvvəl gündəlik normadan min dəfə artıq vitamin verilib – yəni 70–100 qram. (Hesablama qaydası: C vitaminin gündəlik tələbat miqdarı olan 70–100 mq X 1000.Nəticə: 70 000–100 000 mq – yəni 70–100 qram.) Sınaqlarda 11 nəfər iştirak edib. Bu barədə Cancer Cell elmi jurnalında məlumat verilir.“Hazırda işlədiyimiz xərçəng xəstələrinin əksəriyyəti digər xəstələrin həyatını xilas edə biləcək eksperimentlərdə iştirak etməkdən məmnundurlar. İndiyə qədər nəticələr ümidverici görünür, lakin biz hələ bilmirik ki, C vitamini təkbaşına Kimyaterapiyanın effektivliyini artırırmı? Bu, klinik sınaqların ikinci mərhələsində bəlli olacaq” – deyə Ayova Universitetinin elmi qrupunun rəhbəri Brayan Allen bildirib.Qeyd edək ki, 2015-ci ildə bir qrup amerikalı alim C vitaminin xərçəngin ən geniş yayılmış növlərindən biri – bağırsaq xərçəngi ilə mübarizədə istifadə oluna biləcəyini müəyyən edib. Belə ki, siçanlar üzərində aparılan təcrübələr göstərdi ki, askorbin turşusu mutasiyalı xərçəng hüceyrələrini məhv etməyə qadirdir və ümumiyyətlə xərçəng şişlərinin böyüməsini ləngidir.Təcrübələr zamanı yüksəkdozalı C vitamini (təxminən 300 portağala ekvivalent. 1 orta portağalda 90 mq C vitamini var: 300 × 90 = 27 000 mq, yəni 27 qram) verilən gəmiricilərdə şişlərin ölçüsündə nəzərəçarpacaq dərəcədə azalma müşahidə edildi (bəzi heyvanlarda şişlərin bir hissəsi tamamilə yox oldu).C vitamininin qoruyucu təsiri, askorbin turşusu sayəsində şiş ətrafındakı mayedə xərçəng hüceyrələrini öldürə bilən hidrogen peroksidin yüksək konsentrasiyasının yaranması ilə izah olunur. Bu zaman sağlam hüceyrələr zərər görmür. Hidrogen peroksid, həmçinin C vitamini tərəfindən istehsal olunan digər aqressiv molekullar qlükoza və digər şəkərləri hüceyrəyə daşıyan GLUT fermentinin fəaliyyətinə maneə törədir. Bu, bədxassəli hüceyrələrin aclıqdan ölməsinə gətirib çıxarır.Bu nəticələr ağır ağciyər və beyin xərçəngindən əziyyət çəkən könüllülər üzərində aparılan klinik sınaqlarda yoxlanmışdır. Kimyaterapiya kursuna başlamazdan əvvəl onlara nəhəng dozalarla C vitamini verildi. Bundan sonra adi kimyaterapiya kursu başladı və bu müddət ərzində xəstələr askorbin turşusu qəbul etməyə davam etdilər. Təcrübə təxminən yeddi ay davam etdi.Tədqiqatçılar xəstələrin heç bir ciddi yan təsirdən əziyyət çəkmədiyini qeyd ediblər. Vitamin C ya şişin böyüməsini dayandırdı, ya da bütün hallarda onun inkişafını əhəmiyyətli dərəcədə yavaşlatdı, hətta beyin xərçənginin ən bədxassəli formalarında belə xəstələrin ömrünü 4-6 ay uzatdı. Diaqnoz qoyulandan sonra bu xəstələr digər xərçəng xəstələrinə nisbətən 37-40 faiz daha çox yaşadı.II fazanın klinik sınaqları uğurlu olarsa, C vitamini xəstələrin ömrünü uzatmaqla yanaşı, həm də müalicə xərclərini əhəmiyyətli dərəcədə azaldacaq, çünki askorbin turşusunun tam doqquz aylıq kursu birdəfəlik kimyaterapiya və ya immunoterapiyadan xeyli ucuz başa gəlir.https://rg.ru/2017/03/31/novyj-metod-lecheniia-raka.html

Saglamolun.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
saglamolun.az

1Источники